Ramazan ayı ilə bağlı fətva verildi
09 aprel 2021 15:30 (UTC +04:00)

Ramazan ayı ilə bağlı fətva verildi

Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.

İdarədən Lent.az-a verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib. Fətvada  builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil olunduğu qeyd olunur: “İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır”.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. 

Qazılar Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Nigar Adil

Oxşar yazılar

Bu payızda çox xoşbəxt olacaq  BÜRCLƏR

Bu payızda çox xoşbəxt olacaq BÜRCLƏR

20 sentyabr 2024 , 18:36
Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR

20 sentyabr 2024 , 18:16
7 bal gücündə maqnit qasırğası  yaxınlaşır: XƏBƏRDARLIQ

7 bal gücündə maqnit qasırğası yaxınlaşır: XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 17:05
Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

Sabahdan Bakının bu küçəsi TAM BAĞLANIR

20 sentyabr 2024 , 16:54
Sabah Bakıya leysan yağacaq  - XƏBƏRDARLIQ

Sabah Bakıya leysan yağacaq - XƏBƏRDARLIQ

20 sentyabr 2024 , 16:06
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

20 sentyabr 2024 , 15:08
Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Qarabağ Universitetinin yataqxanasından MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

20 sentyabr 2024 , 13:33
Sabah  leysan və qar  yağacaq: HAVA PROQNOZU

Sabah leysan və qar yağacaq: HAVA PROQNOZU

20 sentyabr 2024 , 12:32