Qışda  YAY HAVASI:   bu ölkənin bəzi yerlərində istilik  30 dərəcəyə   çatdı
27 yanvar 2024 15:46 (UTC +04:00)

Qışda YAY HAVASI: bu ölkənin bəzi yerlərində istilik 30 dərəcəyə çatdı

İspaniyada qeyri-adi dərəcədə isti qış davam edir. Dekabrın isti dalğasından sonra yanvarda temperatur bir qədər soyuyub, lakin hələ də təəccüblü dərəcədə yüksəkdir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, havaların həddindən artıq isti keçməsi ilə əlaqədar ispanlar və turistlər arasında demək olar ki, yay əhval-ruhiyyəsi hökm sürür. Bir çox sahil bölgələrində insanlar günəş vannası qəbul etmək və dənizdə çimmək üçün çimərliklərə gedirlər.

Elə ötən həftə İspaniya və Avropanın digər hissələri həddindən artıq soyuq hava və leysan yağışlarına məruz qalıb, bu da öz növbəsində İspaniyanın bir çox yerlərində şaxta və qar yağması ilə müşayiət olundu. Artıq bu həftə bir çox şəhərlərdə temperatur 20 ildən çox müddətdə ilin bu dövrü üçün rekord səviyyəyə - 29,6 dərəcəyə çatıb.

Meteoroloji xəritələrə əsasən, hazırda İspaniyada orta temperatur şimal və dağlıq rayonlarda 10-15 dərəcə, ölkənin qalan hissəsinin düzənlik ərazilərində 18-23 dərəcə arasında dəyişir.

İspaniya meteoroloqları bildirirlər ki, bu, orta hesabla normadan 5-10 dərəcə yüksəkdir. Hazırkı yüksək temperaturun iqlim böhranı ilə əlaqələndirilməsinin mümkün olmadığı söylənilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6630
avatar

Oxşar yazılar