Qənirə Paşayeva üçün Türkiyədən həkim  gətirildi
25 sentyabr 2023 12:41 (UTC +04:00)

Qənirə Paşayeva üçün Türkiyədən həkim gətirildi

Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.

Lent.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinikaya təxliyə edilib:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımı məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımı kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyə Cümhuriyyətinin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır".

# 7521
avatar

Fidan İlqar

Oxşar yazılar