Qarlı və buzlu havada  ən təhlükəli YOLLAR   AÇIQLANDI
01 mart 2025 10:30 (UTC +04:00)

Qarlı və buzlu havada ən təhlükəli YOLLAR AÇIQLANDI

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.

Lent.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:

Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.

Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.

Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riski yüksəkdir.

Yol qovşaqları və dairəvi kəsişmələr – Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.

Svetoforlu və svetoforsuz keçidlər – Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.

Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları – Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.

Avtobus dayanacaqları yaxınlığı – Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.

Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.

Rövşən Tağıyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar