Rusiyanın Saratov vilayətində yaşayış binasında partlayış olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balakovo şəhəri, şəxs Naberejnaya Leonova küçəsində baş verib. Partlayış törətməkdə şübhəli bilinən şəxs tutulub.
İstintaqın məlumatına görə, həmin şəxs evdə partlayıcı qurğunu qəsdən yerləşdirib. Qurğu yerli sakin evdən çıxarkən işə düşüb. İstintaq Komitəsi hesab edir ki, hadisəyə səbəb qısqanclıq olub.
Zərərçəkmiş çoxsaylı bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, saxlanılan şəxs fevralın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşlarını çaşdırmağa cəhd edib. Belə ki, o, partlayıcı qurğunu şəhərdəki başqa bir evdə qoyub.
Hadisə fevralın 23-də məlum olub. Şahidlərin sözlərinə görə, partlayış üç nəfərdən ibarət ailə girişdən çıxarkən baş verib, ancaq ana xəsarət alıb. Hadisədən sonra bina sakinləri təxliyə edilməyib.
Faktla bağlı cinayət işi başlanıb.