Ronaldo dünyanın  ən cazibədar   futbolçuları arasında  ilk yerini   itirdi
28 fevral 2025 19:19 (UTC +04:00)

Ronaldo dünyanın ən cazibədar futbolçuları arasında ilk yerini itirdi

Təxminən 2500 britaniyalı azarkeş arasında keçirilən sorğuda planetin ən seksual futbolçusu seçilib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ingilislər "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmeri birinci yerə qoyub.

Maraqlıdır ki, çoxsaylı reytinqlərin və rekordların lideri portuqaliyalı Kriştianu Ronaldo dünyanın ən seksual futbolçularının ilk üçlüyünə, hətta ilk 5-liyinə düşə bilməyib.

Məlumata görə, sorğu zamanı futbolçunun bədən quruluşu, xarizması və şəxsi üslubu kimi amillər nəzərə alınıb.

Bu bölgüyə əsasən, “aristokratlar”ın 22 yaşlı yarımmüdafiəçisi Koul Palmer səslərin 19 faizini toplayıb və sorğuda birinci yerdə qərarlaşıb.

Sonra gələnlər:

2. Cud Bellinqem (“Real”) – 17 faiz.

3. Cek Qriliş (“Mançester Siti”) – 15 faiz.

4. Deklan Rays (“Arsenal”) – 12 faiz.

5. Trent Aleksander-Arnold (“Liverpul”) – 10 faiz.

6. Bukayo Saka (“Arsenal”) – 8 faiz.

7. Markus Reşford (“Mançester Yunayted”) – 7 faiz.

8. Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 6 faiz.

9. Erlinq Haaland (“Mançester Siti”) – 4 faiz.

10. Kilian Mbappe (“Real”) – 2 faiz.

Bu yaxınlarda 40 yaşını qeyd edən Kriştianu Ronaldo həmkarlarının uğurlarından o qədər də üzülmür və özünü dünya futbol tarixinin ən yaxşı oyunçusu adlandırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856

Oxşar yazılar

Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34