“Əl-Nəsr” Ronaldoya görə  İranda oynamaq istəmir
01 mart 2025 12:58 (UTC +04:00)

“Əl-Nəsr” Ronaldoya görə İranda oynamaq istəmir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasının 1/8 finalında İranın “İstiqlal” komandası ilə qarşılaşmanın Tehranda deyil, başqa meydançada keçirilməsini istəyib.

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, buna səbəb klubun portuqaliyalı hücumçu Kriştiano Ronaldonun həyatı və təhlükəsizliyindən qorxması olub. Belə ki, 2023-cü ilin sentyabrında “Əl-Nəsr”in Tehranda “Persepolis”lə (2:0) oyunu zamanı yerli azarkeşlər Ronaldonun otelinə soxulmağa cəhd ediblər.

Asiya Futbol Konfederasiyası “Əl-Nəsr”in tələbini rədd edib. Qarşılaşma nəzərdə tutulduğu kimi martın 3-də Tehranın “Azadi” stadionunda baş tutacaq. Ronaldonun bu oyuna gedib-getməcəyi bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar