Bakıda kafedə qumar oyunları təşkil olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinə Lökbatan qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə qumar oyunlarını təşkil edən həmin obyektin sahibi 40 yaşlı Ural Hüseynov və daha 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.
U.Hüseynov barəsində Qaradağ RPİ-də istintaq araşdırmaları aparılır.
Digər şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.