"07" sürücüləri yanlış təkərlərdən istifadə edərsə, cəriməsi nə qədərdir? - CAVAB
20 iyun 2024 12:59 (UTC +04:00)

"07" sürücüləri yanlış təkərlərdən istifadə edərsə, cəriməsi nə qədərdir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu "07" sürənlərlə bağlıdır.

Maraqlıdır, görəsən, "07" sürücüləri yanlış təkərlərdən istifadə edərsə cəriməsi nə qədərdir?

Lent.az xəbər verir ki, sürücülərin avtomobildə etdikləri dəyişiklikdən biri də disk və təkər ölçüləridir. Belə dəyişiklikləri adətən "VAZ" markalı avtomobillərin sahibləri edirlər. "VAZ 2107" markalı avtomobilin istehsalçısı həmin nəqliyyat vasitəsi üçün iki təkər ölçüsü müəyyən edib: 165/70R13 və 175/70R13. Bəzən sürücülər bu ölçülərdən kənara çıxaraq təkər diametrini 14 və ya 15, digər ölçüləri isə buna uyğun artırıb-azaldırlar. Qeyd edək ki, bu cür dəyişiklik etmək düzgün hesab olunmur. Çünki istehsalçı zavod bütün parametrləri nəzərə alaraq təkər ölçüləri müəyyən edir. Bu ölçülərdən kənara çıxmaq nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təhlükələrə yol aça bilir.

Zavodun müəyyən etdiyi bu normativlərdən kənara çıxan sürücülər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə oluna bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4068
avatar

Arzu Qurbanlı

Oxşar yazılar