Cavid Hüseynov
27 iyun 2024 10:13 (UTC +04:00)

Cavid Hüseynov

Cavid Hüseynova YÜKSƏK VƏZİFƏ verildi

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.

Ali Məhkəmədən Lent.az-a verilən xəbərə görə, bu vəzifə Cavid Hüseynova həvalə olunub.

C. Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.

C. Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan Ədliyyəsinin 100 illiyi” və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar