Həbsxanalarda  sıxlıqdır:  500-dən çox məhbus vaxtından əvvəl  azad ediləcək
26 iyun 2024 19:20 (UTC +04:00)

Həbsxanalarda sıxlıqdır: 500-dən çox məhbus vaxtından əvvəl azad ediləcək

Şotlandiya hökuməti penitensiar sistemdə həddindən artıq sıxlıq səbəbindən 500-dən çox məhbusun vaxtından əvvəl azadlığa buraxılmasını təsdiqləyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 4 ildən az müddətə azadlıqdan məhrum edilən və yaxın 6 ayda cəza müddəti bitəcək məhbuslardan gedir. Onların azadlığa buraxılması bütün Şotlandiya həbsxanalarında bir neçə həftə ərzində mərhələlərlə həyata keçiriləcək. Seksual xarakterli cinayətlər və məişət zorakılığı törətmiş şəxslər vaxtından əvvəl azadlığa buraxıla bilməyəcəklər.

Şotlandiyada cinayət qurbanlarına yardım göstərən “Victim Support Scotland” xeyriyyə təşkilatı yerli hökumətin hərəkətlərindən narahatlığını bildirib. “Bu, sonuncu dəfə baş verəndə azad olunanların 40 faizdən çoxu altı ay ərzində yenidən cinayət törətmişdir. Bu, daha çox itkiyə səbəb olub. İnanırıq ki, indi də belə olacaq”, – təşkilatın icraçı direktoru Keyt Uolles bildirib.

O, qurbanların təhlükəsizliklərindən narahat olduqlarını vurğulayıb. “Bizim məlumatımız var ki, məhbuslardan bəziləri artıq öz qurbanlarına tezliklə azadlığa çıxacaqları barədə məlumat veriblər”, - o əlavə edib.

“Sky News”un məlumatına görə, hazırda Şotlandiyada təxminən 8300 nəfər həbsdədir. Hədəf tutum 8 min məhbusdur. Həbsxanaların sıxlığı ilə bağlı problemlər İngiltərə və Uelsdə də yaşanır.

Böyük Britaniya Ədliyyə Nazirliyinin məlumatına görə, orada maksimum tutumu 87,4 min nəfər olan 88,8 min nəfər həbsdədir.bu səbəbdən də may ayında İngiltərə və Uelsdə 70 gündən az müddətdə dəmir barmaqlıqlar arxasında qalan bir sıra məhbuslar da vaxtından əvvəl azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Oxşar yazılar