Gəncədə narkokuryerdən 20 kilodan çox heroin aşkarlandı
27 iyun 2024 08:15 (UTC +04:00)

Gəncədə narkokuryerdən 20 kilodan çox heroin aşkarlandı

Gəncədə saxlanılan narkokuryerdən külli miqdarda heroin aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Rafael Zeynalov saxlanılıb. Ondan 20 kq 755 qram “heroin” aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, R. Zeynalov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Gəncə şəhəri ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul və narkotik müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar