Gəncə sakini 3 nəfəri benzinlə yandırdı
29 iyun 2024 11:17 (UTC +04:00)

Gəncə sakini 3 nəfəri benzinlə yandırdı

Gəncədə 3 nəfərə yanıq xəsarəti yetirilib.

Lent.az bildirir ki, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, onlar mübahisə nəticəsində başqa bir şəxsin içərisi benzinlə dolu plastik qabı yandıraraq üzərilərinə atılması nəticəsində xəsarət alıblar.

Daxili İşlər Nazirıiyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 29 yaşlı Pərviz Kazımov münaqişə zəmnində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 27 yaşlı Muraz Namazovun üzərinə atıb.

Hadisə nəticəsində M. Namazov, tanışları, 31 yaşlı E Eltəkin Zeynalov və 20 yaşlı Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbilərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Oxşar yazılar