Qeyri-sabit hava şəraiti   nə qədər davam edəcək? - PROQNOZ
29 iyun 2024 17:02 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - PROQNOZ

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

İyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6861
avatar

Oxşar yazılar