Əhmədin məhkəməsində QALMAQAL DÜŞDÜ  - VİDEO  - YENİLƏNİB
25 iyun 2024 12:07 (UTC +04:00)

Əhmədin məhkəməsində QALMAQAL DÜŞDÜ - VİDEO - YENİLƏNİB

Əhmədin məhkəməsində qalmaqal yaşanıb. 

Lent.az xəbər verir ki, onun qohumları iclası pozduğu üçün proses müvəqqəti dayandırılıb.

Daha sonra proses davam etdirilsə də tez yekunlaşıb.

Məhkəmə baxışı iyulun 4-ə təyin edilib. 

***

saat 11:58

Bakının Xətai rayonunda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir.

***

saat 08:55

Bu gün Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6360
avatar

Fidan İlqar

Oxşar yazılar