İranda prezident seçkilərinin yekun nəticələri  AÇIQLANDI
29 iyun 2024 13:08 (UTC +04:00)

İranda prezident seçkilərinin yekun nəticələri AÇIQLANDI

İranlı jurnalist Abbas Cümə öz Telegram kanalında ölkədə keçirilən prezident seçkilərinin yekun nəticələri barədə məlumat verib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə görə, prezident seçkilərinin ikinci turu baş tutacaq.

Seçkilərdə seçici fəallığı 40 faiz olub. Ümumilikdə 24 535 185 səs hesablanıb.

İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkian 10 milyon 415 min 191 səs (42,45 faiz), nüvə proqramı üzrə keçmiş aparıcı müzakirəçi Səid Cəlili 9 milyon 473 min 298 səs, İran parlamentinin sədri Məhəmməd Beyker Qalibaf 3 milyon 383 min 340 səs (13, 79 faiz), keçmiş daxili işlər naziri Mostafa Purmohammadi - 206.397 səs (0.08 faiz) səs toplayıb.

Etibarsız sayılan bülletenlərin sayı 1 056 959 (4,3 faiz) təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar