"Ya sən öləcəksən, ya mən" - deyərək atəş açdı - Bakıdakı güllələnmənin TƏFƏRRÜATLARI -VİDEO -YENİLƏNİB
26 iyun 2024 22:01 (UTC +04:00)

"Ya sən öləcəksən, ya mən" - deyərək atəş açdı - Bakıdakı güllələnmənin TƏFƏRRÜATLARI-VİDEO-YENİLƏNİB

Bakıda baş verən güllələnmənin təfərrüatları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə qız üstündə baş verib. 

Hər iki gənc bir qızı sevirmiş. 

Hadisəni törədən 19 yaşlı İsmayıl Allahverdiyev "Ya sən öləcəksən, ya mən" deyərək 24 yaşlı Tural Kosayevi güllələyib. 

***

Saat 21:54

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 24 yaşlı Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı Allahverdiyev İsmayıl İbrahim oğlu saxlanılıb. 

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

***
21:25


Bakıda gənc oğlanı güllələyən tutuldu.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Əlavə məlumat veriləcəkdir.

***
Saat 21:18


Bakıda güllələnmə hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə bir az əvvəl paytaxtın Nərimanov rayonunda, "Metro Park"ın qarşısında qeydə alınıb. 

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb. 

Hadisənin motivi məlum deyil. 

Hazırda hadisə yerində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18741
avatar

Oxşar yazılar