Azərbaycanda 32 yaşlı nazir  TƏYİNATI
04 iyun 2024 16:55 (UTC +04:00)

Azərbaycanda 32 yaşlı nazir TƏYİNATI

Naxçıvan Muxtar Respublikasına ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Lent.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, Xanlar Mustafayevin 32 yaşı var. O, 20 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib, həmin tarixdən nazir vəzifələrini müvəqqəti icra edirdi. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6468
avatar

Oxşar yazılar