Rusiyada sərnişin qatarı relsdən çıxaraq ÇEVRİLDİ-VİDEO -YENİLƏNİB
27 iyun 2024 03:27 (UTC +04:00)

Rusiyada sərnişin qatarı relsdən çıxaraq ÇEVRİLDİ-VİDEO-YENİLƏNİB

Rusiyanın Komi Respublikasında sərnişin qatarının relsdən çıxması nəticəsində 40-a qədər insan xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır qiymətləndirilir.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi rəhbərinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Onun sözlərinə görə, yaralılar həkimlərin müşayiəti ilə qatarla təxliyə edilir.

***
20:55

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk sərnişin qatarı relsdən çıxıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə vaqon çevrilib, azı 7 nəfər xəsarət alıb.

İlkin səbəb kimi dəmir yolu bəndinin su ilə yuyulması göstərilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar