Pensiyanın verilməsi gecikərsə, vətəndaş hara şikayət edə bilər? – CAVAB
23 sentyabr 2024 10:18 (UTC +04:00)

Pensiyanın verilməsi gecikərsə, vətəndaş hara şikayət edə bilər? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasındanövbəti mövzu pensiyanın gecikməsi ilə bağlıdır.

Pensiyanın verilməsinin gecikməsi ilə bağlı vətəndaş hara şikayət edə bilər?

Lent.az xəbər verir ki, nazirliyin rəsmi saytından onlayn qaydada, yazılı birbaşa müraciət əsasında, Nazirliyin, DOST Agentliyinin, Fondun qəbul şöbələrinə yaxınlaşmaqla, 142-Çağrı Mərkəzinə zəng vurmaqla, yaşayış yeri üzrə Fondun  regional filiallarına, Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və DOST mərkəzlərinə müraciət etməklə şikayətini təqdim edə bilər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Arzu Qurbanlı

Oxşar yazılar