Pensiya yaşına çatmadan  ölənlərin pulu   ilə bağlı YENİ TƏKLİF
25 noyabr 2022 15:15 (UTC +04:00)

Pensiya yaşına çatmadan ölənlərin pulu ilə bağlı YENİ TƏKLİF

“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq yeni mexanizm tətbiq olunmalıdır: “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?”

# 2841
avatar

Oxşar yazılar