"Pandemiya insan alveri cinayətlərini artırıb" - Milli Koordinator
23 aprel 2021 11:59 (UTC +04:00)

"Pandemiya insan alveri cinayətlərini artırıb" - Milli Koordinator

“Ötən il pandemiyadan irəli gələn problemlər və sosial-iqtisadi fəsadlar əksər ölkələrdə insan alverini dəfələrlə artırıb”.

Lent.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O bildirib ki, pandemiya paralel olaraq, cinayətkar qruplar üçün yeni imkanlar açıb: “Məcburi əmək, məişət zorakılığı ilə müşahidə olunan cinsi istismar halları, ölkədaxili insan alveri cinayətləri xeyli çoxalıb. BMT-nin insan alveri ilə bağlı ümumdünya hesabatına əsasən, qlobal miqyasda müəyyən edilən qurbanların 50 faizi cinsi istismara, 38 faizi məcburi əməyə məruz qalıb. 6 faizi isə cinayətkar fəaliyyətə cəlb olunub. Yerdə qalan 6 faiz isə dilənçilik, daxili orqanların götürülməsi, məcburi nikah və s. kimi cinayətlərdə istifadə olunub.

Konkret olaraq, xaricə aparılan insan alveri qurbanlarının Azərbaycana gəlməsi üçün rüsumlar tamamilə aradan qaldırılıb”.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Seyfulla Əzimov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Mehman Nəbiyev

Oxşar yazılar