2020-ci ildə Yaponiyada intiharların sayı son 11 ildə ilk dəfə artıb ki, bu da pandemiyanın yaratdığı problemlərin birbaşa nəticəsidir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabinetinin iclasında təsdiq edilmiş hökumətin hesabatında deyilir.
Ötən il ölkədə 21 mindən çox insan həyatına son qoyub ki, bu da əvvəlki illə müqayisədə 912 nəfər çoxdur. Hesabatda deyilir ki, bu artım tamamilə işləyən qadınlar arasında intiharların sayının artması ilə bağlıdır.
Onların əksəriyyəti saatlıq və ya müvəqqəti müqavilə əsasında işə götürülüb - yəni. müxtəlif karantin məhdudiyyətləri səbəbindən işdən çıxarılma və ödənişlərin azaldılmasından ən çox təsirlənən qruplar arasındadır.
2019-cu ildə Yaponiyada 1978-ci ildən bəri ən aşağı intihar səviyyəsi qeydə alınıb. Onların sayı ardıcıl 10 ildir ki, azalırdı, lakin koronavirusun yayılması bu müsbət tendensiyanı pozub.