Ömər aşırımından KEÇƏN YOL  - VİDEO
28 avqust 2021 14:22 (UTC +04:00)

Ömər aşırımından KEÇƏN YOL - VİDEO

Zülfüqarlı kəndi rayon mərkəzindən 32 km məsafədə, dağətəyi ərazidə yerləşir. Dəniz səviyyəsindən təxminən 1500 metr hündürlükdə, Tutxun çayının sahilində yerləşən kəndə gedən yol Ömər aşırımından keçir.

Zülfüqarlı Kəndi XIX əsrin əvvəllərində Zülfüqarlı nəslinin məskunlaşması nəticəsində yaranıb. Nəslin başçısı Hətəm bəy Zülfüqar olub. Bu kənd müalicəvi bulaqları və yaylaqları ilə məşhurdur. Zülfüqarlıdan Laçına gedən yolun kənarında məşhur müalicəvi isti su var. Deyilənlərə görə, bu su bir çox xəstəliklərin dərmanıdır.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. Ən hündür zirvələri Camışdağdakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Rayon faydalı qazıntılarla, qızıl, xrom yataqları ilə zəngindir.

Qeyd edək ki, 10 noyabr 2020-ci ildə tarixində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Zülfüqarlı kəndi 25 noyabr 2020-ci ildə boşaldılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2676
avatar

Oxşar yazılar