Niyaz Niftiyev
25 sentyabr 2022 20:18 (UTC +04:00)

Niyaz Niftiyev

Niyaz Niftiyev Mətbuat Şurasının İdarə Heyətindən istefa verdi - YENİLƏNİB

Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev bu gün işlərinin çox olması ilə bağlı istefa ərizəsini təqdim edib.

Lent.az xəbər verir ki, bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid gündəlikdə duran məsələ barədə məlumat verib.

O, N.Niftiyevin istefa ərizəsinə həssas yanaşılmasının vacibliyini Şuranın strukturunun və gələcək fəaliyyət bölgüsünün tənzimlənməsini tezləşdirmək baxımından əsaslandırıb.

Məsələ müzakirəyə çıxarılarkən bildirilib ki, N.Niftiyev VIII qurultayda jurnalistlərin namizədi kimi İdarə Heyətinə seçilib. İH üzvü seçilmiş Əflatun Amaşov "Xalq qəzeti"nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrin sırasına daxil olunması qərara alınıb.

MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib.

***

14:37

Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.

APA-nın xəbərinə görə, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.

O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.

Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qərar qəbul edib. Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən bir səs az toplamış Yeganə Hacıyeva isə İdarə Heyəti üzvləri sırasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib.

Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.

# 3591
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55