Nikaha daxil olan zaman rüsumlar və testlər üçün nə qədər pul xərclənir?
08 iyun 2022 19:00 (UTC +04:00)

Nikaha daxil olan zaman rüsumlar və testlər üçün nə qədər pul xərclənir?

Nikah zamanı rüsumlar və testlər üçün nə qədər pul xərclənir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu nikaha daxil olarkən xərclənən ümumi məsrəflərlə bağlıdır. 

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər İİV/QİÇS və sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidirlər. Belə ki, qan analizi 7 manat 50 qəpik, bank xidmət haqqı adambaşı 40 qəpikdir və tibbi müayinənin cavablarının xidmət haqqı isə bir nəfər üçün 12 manat hesablanır. Yəni, cütlüklər tibbi müayinədən keçmək üçün 40 manat ödəməlidirlər. Daha sonra “ASAN xidmət”də nikahın qeydə alınması üçün ərizə yazılır və 10 manat dövlət rüsumu ödənilir. 

Ümumi olaraq, bir cütlüyün nikaha daxil olmasına 50 manat xərclənir. 

Qeyd edək ki, dövlət və özəl xəstəxanalara gəldikdə isə qiymətlər fərqlidir: 30-40 manat arasında dəyişə bilir.

 

# 2676
avatar

Nigar Namiq

Oxşar yazılar