“Milli-mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” mövzusunda  tədbir keçirilib
24 yanvar 2024 14:30 (UTC +04:00)

“Milli-mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” mövzusunda  tədbir keçirilib

Yanvarın 24-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə  “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” mövzusunda  tədbir keçirib.

Təşkilatın sədri Ramiz Cürənov deyib ki, layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarifləndirməkdir.

Ramiz Cürənov layihə çərçivəsində görülən işlər, layihə çərçivəsində hazırlanan  “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?”  sərlövhəli   yazı barədə məlumat verib. Təşkilatın sədri qeyd edib ki, gənclərimizə milli mənəvi dəyərlərin təbliği vacibdir və “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi də bu yöndə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir.

“Dəyərlərimizin təbliği” mövzusunda çıxış” mövzusunda çıxış edən Cənubi Azərbaycan əsilli şair-jurnalist Ümid Nəccari Cənubi Azərbaycanda milli mənəvi dəyərlər və ailə modelimizə yönəlik təsirlərdən söz açıb, başda Təbriz olmaqla, Urmiya, Ərdəbil, Zəncan kimi bölgələrdə milli mənəvi dəyərlərimizin qorunub saxlandığını vurğulayıb. Ümid Nəccari müstəqil, Ali Baş Komandan və qalib Azərbaycan amilinin Cənubi Azərbaycanda soydaşlarımız üçün milli kimliyimizin qorunması yönündə önəmini də vurğulayıb.

“Gənclərimizə nəyi öyrədək?” mövzusunda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Sübhan Padarov qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan gəncliyinin həyat tərzi və sosial-ictimai aktivliyi ilə bağlı tədqiqatı yekunlaşıb, son mərhələdədir. Bu, Sosial Tədqiqatlar Mərkəzinin 5 illik fəaliyyətində ən böyük hesabatı olacaq və ictimaiyyətə təqdim ediləcək. Sübhan Padarov bildirib ki, ümumiyyətlə, dünyada gəncliyin ən önəmli problemi ö kültürlərinə yadlaşmasıdır. Mentalitetlə bağlı məsələlərə diqqət çəkən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi müəyyən adət-ənənələrə artıq fərqli yanaşmanın da təbii olduğunu söyləyib. Efir məkanında boşluqlara diqqət çəkən Sübhan Padarov  virtual məkanın, sosial şəbəkələrin gənclərə təsirindən söz açıb. Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Vətən müharibəsindən sonra ədiblərin, musiqiçilərin fundamental əsərlər ortaya qoymasını, gəncliyə bir yön verilməsini vacib sayıb.  

Bu gün artıq hər kəsdə smartfonlar olduğuna və usaqların virtual dünyanın təsirinə məruz qaldığına toxunan  Kulis.az saytının baş redaktoru, şar Ulucay Akif isə vurğulayıb ki, bu aspektdə məhz uşaqlıq dövrünə xüsusi diqqət yetirmək lazımdır və bu sahədə əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü söyləyib.

Tədbir müzakirələrlə davam edib.

 

# 2355
avatar

Oxşar yazılar