Metroda bu məhsulları yerləşdirmək olmaz – YENİLİK
02 iyun 2021 12:30 (UTC +04:00)

Metroda bu məhsulları yerləşdirmək olmaz – YENİLİK

“Bütün dünyada koronavirus pandemiyası davam etdiyinə görə hər bir şəxs özünü və ətrafındakı insanları qorumağa məcburdur. Əks təqdirdə, yenidən sərtləşmə ola bilər”. 

Bu fikirləri Lent.az-a açıqlamasında həkim-terapevt Şücaət Həşimov bildirib. 

Həkim-terapevt Şücaət Həşimov

Həkim qeyd edir ki, metroda ümumi havalandırma olduğuna görə özündə hansısa narahatçılıq hiss edən şəxslər metrodan istifadə etməməlidir:

“Sosial məsafə saxlanılmalı, qatarlarda sıxlıq az olmalıdır. Əhalinin daşınması üçün daha çox qatarlar istifadəyə verilməlidir. Maskalardan istifadə və sosial məsafə mütləqdir. Virusun yayılmasında əsas şərt insanların kütləvi olaraq bir yerə toplanmasıdır. Bir virusa yoluxmuş insan qısa zaman ərzində onlarla, yüzlərlə insanı yoluxdura bilər”. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir ki,  metropolitendə dezinfeksiya işləri ən ciddi şəkildə aparılır:

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov

“Əsaslı işlər gecə növbəsində, sərnişinlər olmayanda aparılır. Normativlərlə müəyyən edilmiş qrafiklər üzrə həm qatarlarda, həm də stansiyalarda sərnişinlərin təhlükəsizliyi, sağlamlığı üçün tədbirlər görülür”.

Metropoliten rəsmisi qeyd edir ki, əsaslı dezinfeksiya işləri gecə növbəsində, sərnişinlər olmayanda həyata keçirilir: 
“Buna səbəb dezinfeksiya işlərindən sonra bir müddət sərnişin olmamasıdır. Səhər saatlarında isə  sərnişinlər olan zaman digər məhlullarla bütün stansiyalar, əllə təmas olunan səthlər silinir. Gün ərzində ən azı 6 dəfə təkrar olunur. Amma metropolitendə hansısa qabda xüsusi dezinfeksiya məhlullarını yerləşdirmək olamaz. Bu təhlükəsizlik qaydalarına ziddir”. 
Bəxtiyar Məmmədov qeyd edir ki, metro pandemiya şəraitində, xüsusi karantin zamanı fəaliyyət göstərdiyi üçün şəhərdə sərnişlərin istiqaməti dəyişə bilər".

“Bakı Metropoliteni tərəfindən stansiya girişindən platforma və qatarlara qədər hər gün saatbasaat xüsusi monitorinqlər aparılır. Çünki indiki sərnişin axını əvvəlki dövrdən çox fərqlidir. Bunların hər biri nəzərə alınır. Metropoliten işə başlayanda optimal hərəkət qrafiki tətbiq olunub. Gündəlik olaraq bütün məsələlər araşdırılır. Sərnişin sıxlığı yaranarsa, ehtiyat qatarlar nəzərdə tutulub. Metropoliten içşiləri gücləndirilmiş iş rejimində çalışırlar”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3531
avatar

Nigar Adil

Oxşar yazılar