Türkiyəli məşhur aktyor Genco Erkal həbs oluna bilər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, aktyor prezidenti təhqir etdiyinə görə, istintaq onun barəsində 4 il həbs tələbilə çıxış edib.
Erkalın 5 il öncə Tvitter hesabında etdiyi 3 paylaşım səbəbi ilə haqqında araşdırma aparılıb.
İstanbul Baş Prokurorluğunda aktyora 4 il həbs cəzası istənilib. İttihanamə qəbul olunarsa, Erkal hakim qarşısında cavab verəcək.