"Məni yoluxdurmusan, 3 min manat ödəməlisən..." - Qanun nə deyir?
12 yanvar 2021 15:40 (UTC +04:00)

"Məni yoluxdurmusan, 3 min manat ödəməlisən..." - Qanun nə deyir?

Sosial şəbəkədə yayılan məlumata görə, yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxs virusun ona keçdiyini düşündüyü şəxsi məhkəməyə verməklə hədələyib. O bildirib ki, sağalması üçün 3 000 manat xərcləyib və virusu ona keçirdən şəxs bununla bağlı məsuliyyətə cəlb olunmalı, müvafiq təzminatı ödəməlidir.

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən vəkil Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikasının istər İnzibati Xətalar Məcəlləsində, istərsə də Cinayət Məcəlləsinin 139-1 maddəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edilib:

“Yoluxduğundan şübhələnən şəxs dərhal özünütəcrid rejiminə keçməlidir. İnsanlarla bütün əlaqələrini kəsməli, karantin qaydasına uyğun olaraq yaşayış yerini tərk etməməlidir. Ancaq şəxs özündə heç bir simptom hiss etmədən kimisə yoluxdurursa, heç bir məsuliyyət daşımır.

Bundan başqa test nəticəsi pozitiv çıxan şəxs qaydalara riayət etmədən, digərlərini virusa yoluxdurarsa dəymiş zərəri ödəməyə borcludur. Burada həmin adamın COVID-19 daşıyıcısı olmasından xəbərdar olub-olmaması araşdırılmalıdır. Əgər şəxs şübhəli olubsa, test verməkdən yayınıbsa və qəsdən digərlərini yoluxdurubsa, ondan virusa yoluxan şəxsə zərər ödənilməli, eyni zaman da şəxsin özü mülki məsuliyyət də daşımalıdır. Ancaq şəxs özündə heç bir simptom hiss etmədən kimisə yoluxdurubsa, burada heç bir məsuliyyətdən söhbət gedə bilməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar