Maskalarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
25 dekabr 2020 09:55 (UTC +04:00)

Maskalarla bağlı RƏSMİ XƏBƏRDARLIQ

Koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, qurumun tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib:

"Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır. Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.

Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır"

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər:

"İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər. Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib.

Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4767
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

8 iyul 2024 , 13:42
Pəhləvan istidən huşunu itirdi

Pəhləvan istidən huşunu itirdi

8 iyul 2024 , 13:03
Sabah 38 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 38 dərəcə isti olacaq - HAVA PROQNOZU

8 iyul 2024 , 12:52
Bu rayonlara leysan yağıb   - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

8 iyul 2024 , 09:38
Bakının bu yollarında TIXAC  var

Bakının bu yollarında TIXAC var

8 iyul 2024 , 08:40
İlin ikinci yarısı üçün Buğaların  ULDUZ FALI: - Əsas hadisələr:  Yüksək güclər sizi qoruyur

İlin ikinci yarısı üçün Buğaların ULDUZ FALI: - Əsas hadisələr: Yüksək güclər sizi qoruyur

8 iyul 2024 , 00:03
Qadın ət yeyən bakteriyadan  belə xilas oldu

Qadın ət yeyən bakteriyadan belə xilas oldu

7 iyul 2024 , 22:59
QMİ Qazılar Şurasına 2 yeni qazı təyin olunub

QMİ Qazılar Şurasına 2 yeni qazı təyin olunub

7 iyul 2024 , 15:32