Martda  40 dərəcə şaxta   XƏBƏRDARLIĞI
22 mart 2024 21:24 (UTC +04:00)

Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI

Taymir və Yakutiyanın şimalında mənfi 40 dərəcəyə qədər şiddətli şaxta gözlənilir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand  proqnoz verib.

Onun sözlərinə görə, mart ayı üçün belə vəziyyət olduqca nadirdir. Taymirdə termometr mənfi 39 dərəcəyə enəcək, havanın temperaturu normadan 7-15 dərəcə aşağı olacaq.

Turuxanski rayonunun cənubunda və Evenkiyada martın 27-dək havanın temperaturu mənfi 33-40 dərəcə (normadan 11-17 dərəcə aşağı) olacaq. Yakutiyanın şimalında mənfi 35-40 dərəcə çaxta gözlənilir ki, bu da normadan 7-9 dərəcə aşağıdır.

# 4974
avatar

Oxşar yazılar