Külək əsəcək,  qar yağacaq   - Sabahın HAVASI
21 fevral 2024 12:21 (UTC +04:00)

Külək əsəcək, qar yağacaq - Sabahın HAVASI

Fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. 

Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında 

hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15876
avatar

Oxşar yazılar