Koronavirusun  əlamətləri dəyişdi:   indi xəstəliyi necə tanıyaq?
16 iyun 2021 19:42 (UTC +04:00)

Koronavirusun əlamətləri dəyişdi: indi xəstəliyi necə tanıyaq?

Koronavirusun əlamətləri dəyişib - indi xəstəliyi müəyyən etmək daha çətindir.
 
Lent.az bildirir ki, xarici internet saytlarının yazdığına görə, Kral kollecindən olan britaniyal alimlər koronavirusun əlamətlərindəki  dəyişikliklər barədə xəbərdarlıq ediblər.

Onların iddiasına görə, hazırda koronavirusu soyuqdəymədən ayırmaq çətindir.

İngiltərə Milli Səhiyyə Xidmətinin tərtib etdiyi xəstəliyin əsas əlamətləri siyahısında yalnız burun axıntısı, baş və boğaz ağrısı qalıb.

Qızdırma, öskürək, qoxu və dad itkisi – bunlar artıq koronavirusun əsas əlamətləri deyil.
 
Həkimlərin fikrincə, koronavirusun əsas əlaməti boğaz ağrısıdır.

Əgər əvvəllər koronavirus yoluxanların boğazı ağrımırdısa, buna görə xəstəlik qrip və SARS-dan fərqlənirdisə, indi bu əlamət koronavirus xəstələrində də müşahidə olunur.

Həkimlərin izah etdiyi kimi, indi koronavirusu soyuqdəymədən ayırmaq çətindir, virus daha məkrli olub - xəstə ağır formada reanimasiyaya daxil olana qədər əslində özünü heç bir şəkildə hiss etdirmir.

Xəstəliyi müəyyən etmək üçün testlər aparmaq və soyuqdəymənin ən kiçik əlamətlərinə diqqət yetirmək lazımdır.

Əgər burun axıntısı və ya boğaz ağrısı varsa, həkimə müraciət etmək üçün bir səbəb var.

Pandemiyanın ikinci ildir davam etdiyini və xəstəlikdən minlərlə insanın həyatını itirdiyini unutmamalıyıq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5370
avatar

Oxşar yazılar