Koronavirusla bağlı  SON STATİSTİKA:   Yoluxanlar da, ölənlər də azaldı
11 may 2021 16:35 (UTC +04:00)

Koronavirusla bağlı SON STATİSTİKA: Yoluxanlar da, ölənlər də azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. 14 571 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 336 012 test icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Oxşar yazılar