Koronavirusdan daha 20 nəfər öldü -  SON STATİSTİKA
21 oktyabr 2021 16:34 (UTC +04:00)

Koronavirusdan daha 20 nəfər öldü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib, aktiv xəstə sayı 21337 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, ötən müddət ərzində isə ümumilikdə 5 069 352 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Oxşar yazılar