Koronavirusa yoluxma sayı yenə 30-u keçdi -  SON STATİSTİKA
02 iyul 2022 16:41 (UTC +04:00)

Koronavirusa yoluxma sayı yenə 30-u keçdi - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783333 nəfər müalicə olunaraq sağalıb, 9717 nəfər vəfat edib, aktiv xəstə sayı 200 nəfərdir.

Ölkədə son sutka ərzində 2098, hazırkı dövrədək isə 6968836 test aparılıb.

# 1449
avatar

Oxşar yazılar