Koronavirusa yoluxanlar azalır, ölənlər... -  SON STATİSTİKA
28 aprel 2021 16:53 (UTC +04:00)

Koronavirusa yoluxanlar azalır, ölənlər... - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib, aktiv xəstə sayı 27036 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, ötən müddət ərzində isə ümumilikdə 3 218 111 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Oxşar yazılar