Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 321 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, 23 130 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 8 777, hazırkı dövrədək isə 3 262 655 test aparılıb.