Kimlər inzibati həbs edilə bilməz? - CAVAB
11 avqust 2025 17:29 (UTC +04:00)

Kimlər inzibati həbs edilə bilməz? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu inzibati həbsin şamil olunmadığı şəxslərlə bağlıdır.

Kimlərə inzibati həbs tətbiq edilə bilməz?

Qanunvericiliyə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər inzibati qaydada həbs oluna bilməzlər. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar