Karantin cəriməsi olanlar nə vaxt yeni vəsiqə ala bilməz?
18 yanvar 2021 18:09 (UTC +04:00)

Karantin cəriməsi olanlar nə vaxt yeni vəsiqə ala bilməz?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Daxili İşlər Nazirliyi tərəfindən cərimələnən şəxslərin yeni şəxsiyyət vəsiqəsi əldə etməsi ilə bağlıdır.

Bəzi vətəndaşlar sosial şəbəkədə mövzu ilə əlaqədar suallar səsləndirir. Onları xüsusən, karantin qaydalarının pozulması ilə bağlı yazılan cəriməni ödəmədikləri müddətdə yeni şəxsiyyət vəsiqəsi əldə etmələri maraqlandırır.

Rubrikamızın “Cəriməsi olan şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilərmi?” sualına DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən aydınlıq gətirilib. İdarədən bildirilib ki, vətəndaşın cəriməsindən asılı olmadan ona yeni vəsiqə təqdim edilir:

“İstər karantin qaydalarının pozulmasına, istərsə də digər cərimələrə görə vətəndaşlara yeni şəxsiyyət vəsiqəsi verilməsində məhdudiyyət yoxdur. Vətəndaş hətta axtarışda olsa belə o, köhnə şəxsiyyət vəsiqəsini yeniləyə bilər. Yalnız, cəriməni ödəmədiyi halda məhkəmə tərəfindən probasiya xidmətinə müraciət olunduqda, əmlakını müsadirə etmə haqqında qərar verildikdə və digər hallarda şəxsiyyət vəsiqəsi verilməsində məhdudiyyət yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar