Kafelərdə iftar məclisi qurulsa hansı tədbir görüləcək? - RƏSMİ CAVAB
04 may 2021 19:52 (UTC +04:00)

Kafelərdə iftar məclisi qurulsa hansı tədbir görüləcək? - RƏSMİ CAVAB

Azərbaycanda karantin rejimi tətbiq olunandan bəri kafe və restoranlarda sıxlıq yaranmaması üçün tədbirlər görülür. Bəzi kafelərdə hətta bir stol arxasında 4 nəfərdən artıq şəxsin əyləşməsinə icazə verilmir. Bəs görək, Ramazan ayı başlayandan bəri ictimai iaşə obyektlərində kütləvi iftar məclisləri təşkil edilibmi? Əgər belə hal baş verərsə hansıtədbir görülə bilər?

Lent.az-ın sualına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev aydınlıq gətirib. O bildirib ki, hələlik iftar məclislərinin keçirilməsinə rast gəlinməyib:

“Xüsusi karantin rejimi qaydalarının qorunması çərçivəsində polis və Daxili Qoşunların hərbçiləri tərəfindən nəzarət tədbirləri respublikanın bütün yerlərində davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, pandemiya dövründə toy, nişan, yas, dəfn və ya hansısa yığıncaq keçirilməsi qadağandır. Belə hal ilə rastlaşdığımız təqdirdə dərhal mərasimin dayandırılır və vətəndaşlara qaydalara riayət etmələri tövsiyə olunur.

Həmçinin kafe və restoranlarda da nəzarət tədbirləri həyata keçirilir. Ramazan ayı daxil olandan bəri hələ ki, ictimai iaşə obyektlərində iftar süfrəsi təşkil edilməsinə rast gəlinməyib. Kafe və restoranlarda iftar məclislərinə rast gəldiyimiz halda, dərhal müdaxilə olunacaq və qanunamüvafiq tədbirlər yerinə yetiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2856
avatar

Mehman Nəbiyev

Oxşar yazılar