“İstədikləri insanın şərəfini alçaldıb, bunu azadlıq adlandırırlar” - DEPUTAT
10 noyabr 2022 17:22 (UTC +04:00)

“İstədikləri insanın şərəfini alçaldıb, bunu azadlıq adlandırırlar” - DEPUTAT

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqaməti üzrə...

Hər bir insan doğulduğu gündən ölənə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. Dinindən, cinsindən, irqindən asılı olmayaraq insanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. İnsan hüquq və azadlıqları hər bir ölkədə qanunla müəyyən olunur və qorunur. 

Ölkəmizdə də insan hüquq və azadlıqları ali dəyər hesab edilir. Elə bu səbəbdən hər il Azərbaycanda iyunun 18-i İnsan Hüquqları Günü kimi qeyd olunur. 

Məsələ ilə bağlı Lent.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu bildirib ki, bəzi xarici qüvvələr hüquq və azadlıqları manipulyasiya vasitəsi kimi istifadə edir:

“Azərbaycan hüquqi dövlətdir. İnsan hüquq və azadlıqlarının qorunması üçün hər cür təminat var. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının üçdə birindən çoxu məhz insan hüquq və azadlıqlarına həsr olunub. 

Əlbəttə, hər bir cəmiyyətdə insan hüquqları ilə bağlı vaxtaşırı müəyyən problemlər ola bilər. Azərbaycanda hüquqi maarifləndirmənin səviyyəsi arzuolunan qədər deyil. Ona görə də hələ 1990-cı illərin əvvəllərindən mərhum Prezident Heydər Əliyev “Öz hüquqlarını bilib və onu qorumağı bacaran vətəndaşları olan ən kiçik ölkə ən böyük məmləkət qədər güclüdür” deyib. Yəni burda ilk növbədə öz hüquqlarını öyrənməyə çağırılır, ikincisi isə vətəndaşların öz hüquqları uğrunda mübarizə aparması aktuallaşır. Ona görə də Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması üçün hər cür imkanlar, mexanizmlər, ictimai alətlər var. Amma vətəndaşlarımızın bundan necə istifadə etməsi məsələsinə gəldikdə isə bu hər kəsin özündən asılı məsələdir. 

Əksər hallarda biz bilirik ki, hüquq və azadlıqlar universal dəyər olduğu üçün ondan bəzi xarici qüvvələr manipulyasiya vasitəsi kimi istifadə edirlər. Çox təəssüf ki, bəzi hallarda Azərbaycana qarşı da belə universal dəyərlər üzərindən hüquq müstəvisində hücumlar olur. Bu isə şübhəsiz ki, hüququn obyektiv tətbiq olunmasında problemlər yaradır. Və beləliklə, cəmiyyətdə hüquq haqqında amorf təəssüratlar formalaşdırır. Ona görə də mən düşünürəm ki, bütün bunlar qarşılıqlı şəkildə bir-biri ilə əlaqədar olan məsələlərdir. Hazırkı mərhələdə insan hüquqları və azadlıqları ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Vətəndaşların öz hüquq azadlıqlarından istifadə etməsi isə maarifləndirmə məsələsidir. Əminəm ki, bu istiqamətdə Azərbaycanda get-gedə vəziyyət nisbətən dəyişir. Çünki yeni, savadlı, intellektual gənc nəsil formalaşır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirovun fikrincə, bəzi insanlar qarşısındakının şərəf və ləyaqətini alçaltmağı azadlığın ifadəsi kimi qəbul edir:

“İnsan hüquq və azadlıqlarının müdafiəsi məsələsi ümumbəşər problemdir. Çox təəssüf hissi ilə bildirirəm ki, bir çox hallarda özünü demokratiyanın bayraqdarı adlandıran dövlətlər digər dövlətlərin işlərinə müdaxilə etmək, öz geopolitik niyyətlərini həyata keçirmək üçün insan hüquq və azadlıqları məsələsindən alət kimi istifadə edirlər. Hətta ayrı-ayrı ölkələrdə siyasi rejimlərin devrilməsini də bu ad altında həyata keçirirlər.

Müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevdir. O müasir Azərbaycan dövlətini formalaşdırarkən əsas prinsip demokratik inkişaf yolu ilə getmək idi. Belə də oldu. Ölüm hökmünü, mətbuat üzərində senzuranı ləğv etdi. 

Bu gün ölkə prezidenti cənab İlham Əliyev həmin siyasətə sadiqdir. Ölkə əhalisinin 80 faizindən çoxu sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdə vətəndaşlarımız istədikləri fikri yazır, heç kim onu qınaya bilmir. İstədikləri insanların şərəf və ləyaqətini alçaldırlar. Bunu da azadlığın, demokratiyanın ifadəsi kimi qəbul edirlər. Bir çoxları azadlıq, insan hüquqları nədir anlamırlar. Demokratiya bir nəfərin hüquqları naminə digərinin hüquqlarını pozulması demək deyil”. 

Deputatın sözlərinə görə, müxalifətin insan hüquqları üzərindən etdiyi mitinqlər siyasi cığallıqdır:

“Bəzən iddia edirlər ki, sərbəst toplaşmaq azadlığı Azərbaycanda yoxdur. Bu yalan və iftiradır. Müxalifət üçün öz fikrini azad şəkildə ifadə etməsi üçün Qaradağ rayonu ərazisində stadion yaradılıb. Qaradağ Bakının ən böyük rayonudur. Şəhərin mərkəzindən həmin əraziyə getmək çox asandır. Burada problem radikal müxalifətin həmin əraziyə aparmaq üçün adamları, sosial bazası yoxdur. 

Radikal müxalifət istəyir ki, şəhərin mərkəzində mitinq təyin etsinlər. Bunu da sərbəst toplaşmaq üçün azadlığın ifadəsi kimi göstərmək istəyirlər. Şəhərin mərkəzi insanların istirahət etmək üçündür. Belə mitinqlərin şəhərin mərkəzində aparılması asayişi, təhlükəsizliyi ciddi şəkildə pozur. Bunlar hamısı müxalifətin siyasi cığallığıdır. Azərbaycan demokratik ölkədir. Hədəfimiz də odur ki, Azərbaycanın insan hüquqları sahəsində ən qabaqcıl ölkələr sıralarına çıxarmaqdır. Bu istiqamətdə də iri addımlarla irəliləyirik”. 

Deputat bəzi müxalif dairələrin Azərbaycanda siyasi məhbus olması iddiasına cavab verib:

“Bəzi müxalif dairələr və onların arxasında dayanan beynəlxalq siyasi güclər iddia edirlər ki, Azərbaycanda siyasi məhbus var. Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Məsələ ondadır ki, Azərbaycanda həbsxanada olan insanlar var. Amma onlar siyasi baxışına və mənsubiyyətinə görə həbs edilməyib. Çox gözəl dərk edirlər ki, onların tutduqları yol cinayətdir.

Belə olan vəziyyətdə siyasi, hakimiyyət əleyhinə bəyanatlar səsləndirməyə başladılar. Sabahısı gün də başlayırlar ki, mənim siyasi mövqeyimə görə həbs ediblər. Axı, belə deyil. Təsəvvür edin ki, gecə-gündüz sosial şəbəkələrdə insanların şərəf və ləyaqətini alçaldanlar var. Tutaq ki, onlar məhkəməyə verildi. Məhkəmədə faktla, arqumentlə sübuta yetiriləcək ki, bu insanların şərəf və ləyaqəti alçaldılıb. Bu da cinayət məcəlləsinin 147 və 148-ci maddələri üzrə hüququ məsuliyyət yaradılır. Daha sonra həbs ediləndə də deyəcəklər ki, filankəs siyasi baxışlarına görə tutuldu. Axı siyasi baxışına görə həbs edilmədi. Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə həbs edildi. Bu yolla süni şəkildə Azərbaycanda guya demokratiyanın pozulması və s. kimi iddialar ortaya qoyulur. Bunlar əsassızdır. Heç bir əsası yoxdur. 

Xalqın gözü tərəzidir. Xalq qaranı ağdan yaxşı seçə bilir. Bir daha deyirəm Azərbaycan demokratik və inkişaf yolu keçmiş dövlətdir. Bu istiqamətdə də yeni addımlar atmaqdadır”.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb.
 

# 2919
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

FHN-in  növbəti yardımı   Türkiyəyə yola salınacaq - FOTO

FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO

6 fevral 2023 , 21:15
Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN  görüntüləri - VİDEO

Zəlzələdən xilas olan qocalar evi sakinlərinin ÜRƏK DAĞLAYAN görüntüləri - VİDEO

6 fevral 2023 , 17:42
Gənc qız lotoreyada  36 milyon dollar   uddu

Gənc qız lotoreyada 36 milyon dollar uddu

6 fevral 2023 , 17:31
 Buraxılış imtahanlarının   şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə QRAFİKİ

6 fevral 2023 , 16:41
Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

Türkiyəyə yola düşən FHN əməkdaşlarından ibarət bir qrup Adanaya çatıb

6 fevral 2023 , 16:21
Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ  -YENİLƏNİB

Azərbaycandan 400 xilasedici Türkiyəyə KÖMƏYƏ GETDİ -YENİLƏNİB

6 fevral 2023 , 14:05
Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

Tikinti şirkətlərinə zəlzələ XƏBƏRDARLIĞI

6 fevral 2023 , 13:52
Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

Yaxın günlərdə Azərbaycanda güclü zəlzələ olması ehtimalı var? - RƏSMİ CAVAB

6 fevral 2023 , 13:23