İmtahanda 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar olundu
02 iyun 2024 14:48 (UTC +04:00)

İmtahanda 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar olundu

İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

İmtahan 20 şəhər və rayonda təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar