“İlin müəllimi”  100 sərxoş uşaqla   elə məclis təşkil etdi ki...
08 fevral 2025 11:05 (UTC +04:00)

“İlin müəllimi” 100 sərxoş uşaqla elə məclis təşkil etdi ki...

ABŞ-ın Florida ştatında ibtidai məktəb direktorunun müavini Elizabet Hill-Brodiqan ciddi nəticələrə səbəb olan ziyafət verdikdən sonra qalmaqal mərkəzinə düşüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 100-ə yaxın yeniyetmənin iştirak etdiyi tədbirdə spirtli içkilərin iiçildiyi iddia olunur ki, bu da iştirakçılardan birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib. ABŞ polisinin məlumatına görə, yeniyetmələr evdəki soyuduculardan spirt gətirib. Məclisin biri ağır alkoqol zəhərlənməsi əlamətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinin yaxınlığında daha bir yeniyetmənin sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilməsi ilə vəziyyət daha da pisləşib. Tibbi yardım göstərmək üçün həkimlər avtomobillərdən əlavə işıqlandırmadan istifadə etməli olublar.

Hill-Brodiqan ilə yanaşı, başqa bir müəllim, 45 yaşlı Karli Anderson da məclisdə sərxoş olduğu üçün ittiham olunub. O, polisə müraciət edərək müəllim işlədiyini bildirib.

Brevard məktəb dairəsi insidentlə bağlı dərin narahatlığını vurğlayıb.

"Biz bu iddiaları ciddi qəbul edirik və polislə tam əməkdaşlıq edirik. Şagirdlərimizin təhlükəsizliyi bizim ən başlıca prioritetimiz olaraq qalır", - məktəb rəsmiləri bildirib.

Dairədə 23 il işləyən və əvvəllər “İlin müəllimi” seçilən Elizabet Hill-Brodiqan və Karli Anderson işdən uzaqlaşdırılıb. Hər iki qadın uşaq baxımsızlığı və yetkinlik yaşına çatmayanlara cinayət törətməkdə köməklik etməkdə ittiham olunur.

Bu ittihamlara əlavə olaraq, Hill-Brodiqan ictimai tədbirlərdə spirtli içki qəbulu ilə bağlı ştat qanunlarını pozduğuna görə də sanksiyalarla üzləşir. Qalmaqal geniş ictimai rezonansa səbəb olub, təhsil müəssisəsinin və onun əməkdaşlarının nüfuzunu şübhə altına alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar