İki günlük  maqnit qasırğası   XƏBƏRDARLIĞI
03 mart 2025 16:23 (UTC +04:00)

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Martın 4 və 5-də Yeri G1 səviyyəli maqnit qasırğası əhatə edəcək. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu proqnozu Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu yayıb.

Mütəxəssislərin məlumatına görə, Yerin maqnitosferində pozulmalar martın 4-ü axşam saatlarında başlayacaq.

Artıq martın 5-nə keçən gecə narahatlıqlar G1 səviyyəsinin maqnit qasırğası sinfinə çatacaq. Üstəlik, çərşənbə axşamı Yerin maqnit sahəsi yenidən sakitləşəcək.

Maqnit qasırğalarının səbəbləri barədə məlumat verilmir.

Maqnit qasırğaları beş səviyyəyə bölünür, burada G1 səviyyəsi ən zəif hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar