Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu icbari tibbi sığorta ilə bağlıdır.
Maraqlıdır, qeyri-dövlət və qeyri-neft sektorlarında çalışanlar üçün icbari tibbi sığorta haqqı nə qədərdir?
Lent.az xəbər verir ki, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.