AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan zaqatalalı kişinin xəstəxanadan videosu yayılıb.
Lent.az xəbər verir ki, yaralı Nurullah Siracov Zaqatalanın Danaçı kəndindəndir. O, həyat yoldaşı Müslümət Siracova ilə bir yerdə uçurmuş:
"Həyat yoldaşım yanımda idi. Təyyarə düşəndən sonra onu tapa bilmədim. Hələ də ondan xəbərim yoxdur".
Qeyd edək ki, Müslümət Siracovanın adı həlak olanların siyahısındadır.