Hazırda bu rayonlara qar yağır  - FAKTİKİ HAVA - YENİLƏNİB
22 mart 2025 18:05 (UTC +04:00)

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Martın 22-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır.

Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.

Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

***
09:35

Martın 22-si saat 09:00-a olan faktiki hava məlumatı yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Belə ki, düşən yağıntının miqdarı Astarada 31, Lənkəranda 29, Şəkidə 7, Oğuzda 6, Lerik və Qəbələdə 5, Cəlilabadda 4, Balakəndə 3, Göygöl, İmişli, Biləsuvar, Kürdəmir, Zərdab və Göyçayda 2, Zaqatala, Sabirabad, Cəfərxan, Neftçala, Beyləqan, Tərtər, Naftalan, Mingəçevir, Yevlax, Qobustan, Quba, Qusar, Xaltan, Sədərək, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ağdamda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Şahdağ və Qrızda 1 sm təşkil edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Qobustan, Göyçay, Şamaxı, Qusar, Qrız, Cəfərxan və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Naxçıvan MR-da 6, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2467

Oxşar yazılar

Kamran Əliyev Vyetnam prezidenti ilə görüşdü

Kamran Əliyev Vyetnam prezidenti ilə görüşdü

24 mart 2025 , 18:04
Dünyanın  ən kiçik   istirahət evi: 140 minə tikilib 

Dünyanın ən kiçik istirahət evi: 140 minə tikilib 

24 mart 2025 , 17:53
Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

24 mart 2025 , 13:28
"Adambaşı 15 manatdan zəkat verin" - QMİ-dən TÖVSİYƏ

"Adambaşı 15 manatdan zəkat verin" - QMİ-dən TÖVSİYƏ

24 mart 2025 , 13:15
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI

24 mart 2025 , 12:25
Xorultudan bu üsulla  xilas ola   bilərsiniz

Xorultudan bu üsulla xilas ola bilərsiniz

24 mart 2025 , 11:17
Qar yağıb, 11 dərəcə şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, 11 dərəcə şaxta olub - FAKTİKİ HAVA

24 mart 2025 , 10:45
Yazda  sevgiləri ilə görüşəcək   BÜRCLƏR

Yazda sevgiləri ilə görüşəcək BÜRCLƏR

24 mart 2025 , 09:09