Hansı xarici şəhərlərə köçsəniz, sizə pul  veriləcək? - ARAŞDIRMA
10 yanvar 2025 15:39 (UTC +04:00)

Hansı xarici şəhərlərə köçsəniz, sizə pul veriləcək? - ARAŞDIRMA

Yəqin ki xarici ölkəyə köçmək istəyən soydaşlarımız az deyil. Hələ üstündə pul da veriləcəksə, istək daha da artar. Yaxşı deyiblər, kor istəyər bir göz, Allah verər iki göz. Bəs hansı şəhər Allahın sizə verdiyi iki gözdür? 

Lent.az sizin üçün araşdırma aparıb və hansı şəhərlərə köçən vətəndaşlara bunun üçün ödəniş olunduğunu müəyyən edib. 

Avropanın bir çox şəhərlərində əhali getdikcə azalır. Bunun qarşısını almaq üçün də hökumət bir sıra tədbirlərə əl atır. Şəhərlərinin tamamilə boşalmasının qarşısını almağa çalışanlar bu ərazilərə köçənlərə bir çox üstünlüklər təklif edir.

Ən münasib təkliflərdən biri isə pul müqabilində bu şəhərlərə köçməkdir. 

Təbii ki, onların hamısı bunu qarşılıqsız etmirlər. Gəlin görək, köçmək üçün pul ödəməyə hazır olan həmin şəhərlərin hansı şərtləri var? Bu şərtlər daxilində yeni sakinlərinə nə qədər ödəniş təklif edirlər?

Presiççe Apuliya, İtaliya

Bu şəhərlər ev almaq üçün 30 min avroya qədər təklif edir ki, bu da onları ailəli təqaüdçülər üçün maraqlı seçim edir.

Bu pul şəhərdə daimi yaşamaq üçün boş mənzil almaq qərarına gələnlərə veriləcək. Lakin pul məhz boş mənzillərin alınmasına xərclənməlidir.

Bu təklif çərçivəsində satışa çıxarılan evlərin qiyməti 25 min avrodan başlayır. İtaliyada satışa çıxarılan digər ucuz daşınmaz əmlak obyektləri kimi, bu evlər də çoxdan öz ilk sahibləri tərəfindən tərk edilib. Bu səbəbdən həmçinin evlərin təmirinə də sərmayə qoyulmalıdır.

Presiççe səlahiyyətliləri ümid edirlər ki, ildən-ilə doğum sayının azaldığı və boşalmış şəhərə bu yolla yeni nəfəs verilə bilər.

Sardiniya, İtaliya

Sardiniya kiçik bələdiyyələrə köçmək istəyənlər üçün ev almaq və ya təmir etmək üçün 15 min avro təklif edir. Bu şəhərlər təkcə maddi stimullar deyil, həm də Avropanın unikal yerlərində həyatdan zövq almaq imkanı verir.

Vətəndaşların subsidiyadan sui-istifadə etmələri və Sardiniyada bağ evləri alaraq fırıldaqçılığa cəhd etməmələri üçün yerli hakimiyyət orqanları bir neçə şərt qoyub. Bölgənin yeni sakini adada daimi yaşamalı və mənzil satın alındığı və ya tikildiyi tarixdən 18 ay ərzində yerli hakimiyyət orqanlarında qeydiyyatdan keçməlidir.

Ponqa, İspaniya

Mənzərəli Kantabrian dağlarında yerləşən Ponqa cütlüklərə köçmək üçün 3000 avro və hər uşaq üçün əlavə 3000 avro təklif edir. Beş illik yaşayış öhdəliyi yerli icma ilə əlaqəni gücləndirir.

Albinen, İsveçrə

Alp landşaftını sevənlər üçün Albinen 45 yaşa qədər böyüklərə 25 000 İsveçrə frankı, hər uşaq üçün isə əlavə 10 000 frank təklif edir. Bu, ailələr və erkən pensiyaya çıxmağı planlaşdıranlar üçün ideal seçimdir.

Sakit okeanın cənubunda Pitkern adası

Dünyadan təcrid olunmuş yerdə yaşamaq istəyirsinizsə, bura əsl sizlikdir. Burda cəmi 50 nəfər yaşayır. Hər bir immiqrant pulsuz torpaq alır. Ada isə əsl cənnətdir. Ancaq şəraitə baxmayaraq gələn demək olar ki, yoxdur. 2015-ci ildə cəmi 1 nəfər gedib. Adada ancaq bir mağaza var və həftənin ancaq 3 günü işləyir. Hər şey əvvəlcədən Yeni Zelandiyadan sifariş edilməlidir.

Antikythera, Yunanıstan

Bu kiçik adada yeni sakinlər ev və aylıq 500 avro təqaüd alırlar. Bu ərazini yaşamaq üçün seçənləri rahat Aralıq dənizi həyat tərzi və təmiz çimərliklər gözləyir.

Saskaçevan əyaləti, Kanada

Bu əyalətin rəhbərləri ali məktəbləri yeni bitirən məzunları dəvət edir. Əgər bu məzunlar gələcək həyatları barədə hələ qərar verməyiblərsə, Kanadanı nəzərdən keçirsinlər. Burda gənc mütəxəssislərə 20 min Kanada dolları maaş təklif edilir. Ancaq bunun üçün həmin əyalətdə 7 il yaşamaq lazımdır.

Santo Stefano, İtaliya

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar.

Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro (15 867 AZN) pul verəcək.

Administrasiya həmçinin yeni sakinlərin burada öz işlərini qurmalarına kömək etmək üçün ildə bir dəfə 20.000 avroya (39 668 AZN) qədər birdəfəlik ödəniş edəcək.
Bundan əlavə, onlar simvolik məbləğə kirayə mənzillə təmin olunacaqlar.

Bormida, İtaliya

Əhalisi 400 nəfərdən az olan Bormida-nın tamamilə tərk edilmiş bir qəsəbəyə çevrilməsinin qarşısını almaq üçün bələdiyyə sədri bir təqdimat proqamı hazırlayıb.

Bələdiyyə sədri Daniel Qalliano buraya köçəcək insanlara ev satın almaları və kirayə etmələri üçün 2000 avro ödəyəcəyini söyləyib.

Bormidada bələdiyyələrə məxsus evlərin də çox aşağı qiymətlərlə kirayə verilməsi nəzərdə tutulub. Ev satın almaq istəyənlərə aşağı qiymətlərlə yanaşı vergi güzəştləri də təklif olunur.

Vermont- ABŞ

Dünyanı dörd bir tərəfindən insanlar ABŞ’a köç etsə də bəzi bölgələri nüfuz azlığından şikayət edir. Bu il başlatdığı proqramla Vermont bura köçənlərə 2 il ərzində ildə 5000 avro ödəmə edir.

Çuha adası- Yunanıstan

Möhtəşəm təbiəti və yumşaq iqliminə rəğmən bu adada sadəcə 40 nəfər yaşayır. Adaya köçənlərə 3 il ərzində ayda 500 avro maaş verilir. Yunanıstanın paytaxtından 4 ailə bu proqramdan istifadə edərək Çuhaya köçüb.

Alyaska, ABŞ

Əgər qışı sevirsinizsə, bura yaxşı seçimdir. Xüsusi Dövlət Fondu regionlarda işləyən mütəxəssislər üçün yaxşı əməkhaqqı vəd edir. Yeganə şərt Alyaskada minimum 1 il yaşamaqdır.

Kertic, Nebraska, ABŞ

Bu şəhərdə yaşamaq istəyən hər kəsə pulsuz torpaq sahəsi verilir. Ancaq bunun üçün bir şərt var. Şəhər üçün faydalı olacaq ideya təqdim etmək. Əgər belə bir ideyanız varsa, o zaman heç dayanmayın.

Əziz həmvətənlərim, həyatınızda belə köklü bir dəyişiklik etmək istəyirsinizsə, qeyd olunan şərtləri bir nəzərdən keçirin. Həm arzunuzu reallaşdıra, həm də bunun qarşılığında pul qazana bilərsiniz. Necə deyərlər, bir daşla iki quş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

Ləman Sərraf

Oxşar yazılar